Yazını böyüt
Yazını kiçilt
Azərbaycanı “Eurovision”da təmsil edən müğənni Çingiz Mustafayevin ifa etdiyi “Truth” mahnısı297 xalla 7-ci yerdə qərarlaşdı. Bəs Azərbaycanın tanınmış simaları bu səverməni necə dəyərləndirir, hansı ölkələrdən ifaçımıza yüksək xal gözləyirdilər?
Tanınmış teleaparıcı Elçin Əlibəyli:
“Məncə burada nə qədər xal verilməsindən daha vacib Çingizin möhtəşəm ifası idi. Amma təşkilati baxımdan bayrağın tərs asılması və ərazinin yarımçıq göstərilməsi məsələsi qabardılmalıdır. İTV dövlət büdcəsindən maliyyələşir və bu cür həssas, siyasi əhəmiyyətli səhvə görə məsuliyyət daşıyır. Təəssüf ki, özəl kanalların gözündə tük axtaran bəziləri bu məqamda susdular”.